news Image
2016.06.28
15:17
| A A A
Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Minsk-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı baqajlarını götürüb gömrük nəzarətindən keçib zonanı tərk etmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq "X-ray" intereskoprentgen aparatına yönəldilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətidən Movqe.az-a verilən məlumata görə, gömrük əməkdaşı monitorda siqaretlərə bənzər əşyaların təsvirlərini gördüyündən həmin vətəndaş saxlanılaraq əl yükündə və baqajında gömrüyə mütləq qaydada bəyan ediləsi əşyaların olub-olmaması barədə şifahi sorğu-sual edilib. Gömrükçülərin şübhələrini inkar edən həmin şəxs baqajının içərisindəki malların yoxlanılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq gömrüyün yoxlama otağına dəvət olunub.

 

Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd əl çantası və 1 ədəd karton qutunun içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron və ya şifahi formada bəyan edilməyən, Azərbaycan aksiz markaları ilə markalanmayan 40 000 ədəd siqaretlər aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs