Əlaqə Arxiv
news Image
2016.06.29
12:40
| A A A
Yayın dəhşəti!

Yay başlayandan dənizdə, su hövzələrində çimərkən ehtiyatsızlıq səbəbindən, eləcə də bədbəxt hadisə səbəbindən batanların sayı artıb.


Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Sumqayıt şəhər sakini Sahil Yusifzadə çimərkən boğulub. Meyit sudan çıxarılıb.


Tovuz rayonunun Aşağı Quşçu kənd sakini isə Vahid Quliyev ehtiyatsızlığından Tovuz kanalına düşərək boğulub.


Araşdırma aparılır.


Daha bir hadisə Bərdədə baş verib. İyunun 28-də rayonunun Nəzirli kənd sakini Xəqanı Behbudzadə Kür çayında çimərkən boğulub. Meyiti sudan çıxarılıb.

Sizin Reklam Yeriniz