Əlaqə Arxiv
news Image
2016.06.30
14:25
| A A A
Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürdü

Quba rayonunda dəhşətli qətlin üstü açılıb. Movqe.az bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Amsar kənd sakini, 18 yaşlı İmran Aslanov polis tərəfindən şübhəli şəxs qismində tutulub. Araşdırmalar zamanı onun bu ilin mart ayının 21-də Quba rayon sakini, 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirməsi müəyyən edilib.

İ. Aslanov polisə ifadəsində törətdiyi əməli etiraf edib. O qeyd edib ki, ahıl qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da heç kimin görmədiyi ərazidə torpağa basdırıb. Ekspertlərin iştirakı ilə meyit eksqumasiya edilib.

Sizin Reklam Yeriniz