Əlaqə Arxiv
news Image
2016.06.30
16:25
| A A A
Polis respublikanın bir neçə rayonunda silsilə əməliyyatlar keçirdi

Polis tərəfindən respublikanın bir neçə rayonunda silsilə əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ əməkdaşları tərəfindən Orand kəndi ərazisindən çəkisi 7 ton 430 kiloqram olan 16840 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Miskinli kəndi ərazisindən çəkisi 947 kiloqram olan 1408 ədəd, Qəbələ RPŞ əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisindən çəkisi 1 ton 340 kiloqram olan 2680 ədəd, Bayramkoxa kəndi ərazisindən çəkisi 1 ton 890 kiloqram olan 3780 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Aslanbəyli kəndi ərazisindən çəkisi 3 ton 196 kiloqram olan 9836 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib. 

Sizin Reklam Yeriniz