Əlaqə Arxiv
news Image
2016.07.01
16:17
| A A A
"Baku Steel Company"də partlayışın səbəblərinin öyrənilməsi üçün komissiya yaradıldı

"Baku Steel Company" zavodunda bu gün baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün komissiya yaradılıb.


Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib.


Onun sözlərinə görə, komissiya DƏMX-nin sədrliyi ilə müəssisənin özünün işçilərinin, həmkarlar təşkilatının birgə iştirakı ilə yaradılıb.


 

"Baku Steel Company"dəki partlayışda yaralananlardan biri əməliyyat olunub

M.Məhərov qeyd edib ki, komissiyanın sabahdan işə başlayacağı gözlənilir: "Biz qəzanın hansı səbəbdən baş verməsi barədə hələlik məlumat verə bilmərik. Bunun üçün araşdırma aparılacaq. İstehsalatda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyət hec vaxt qənaətcil olmayıb və olmayacaq da. Bu, bütün dünyada belədir"./trend/

Sizin Reklam Yeriniz