Əlaqə Arxiv
news Image
2016.07.03
16:00
| A A A
Füzulidə yanğın: bir nəfər xəsarət alıb

Füzuli rayonu, Horadiz qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan taxta konstruksiyadan ibarət tövlənin dam örtüyü 80 kv.m sahədə və içərisinə yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanıb.


Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu və ev quşları yanaraq tələf olub. 

Hadisə nəticəsində 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Sizin Reklam Yeriniz