Əlaqə Arxiv
news Image
2016.07.04
14:50
| A A A
3 yaşlı isvecli İŞİD-in Suriyadakı ərazisində qumbara ilə oynayarkən həlak olub

Suriyada "İslam dövləti" terror qruplaşmasının ərazisində anası ilə yaşayan üç yaşlı isveçli uşaq qumbara ilə oynayarkən partlayıb. Bu barədə Movqe.az trend-ə istinadən  xəbər verir.


Qumbaranı uşaq evdə tapıb və onunla oynayarkən həlak olub. Partlayış vaxtı yaxında olan uşağın böyük qardaşı isə xəsarət alıb.


Uşağın ölümündən sonra ailə İsveçə qayıdıb. Onların qayıdışından xəbər alan İsveçin sosial xidmət orqanları ailənin digər uşaqlarını dövlət himayəsi altına götürüblər.


"SVT"nin məlumatına əsasən, isveçli qadın öz uşaqları ilə "İslam dövləti" qruplaşmasına qoşulmaq üçün Suriyaya 2015-ci ildə gəlib.


İsveçin "SAPO" dövlət təhlükəsizlik polisinin məlumatına əsasən, hazırda bu terror qruplaşması daxilində İsveçdən gələn ən azı 180 kişi və qadın, o cümlədən 60 uşaq yaşayır.

Sizin Reklam Yeriniz