Əlaqə Arxiv
news Image
2016.11.30
10:07
| A A A
Türkiyədə tələbə yataqxanasında yanğın: 12 ölü, 22 yaralı

Türkiyənin Adana şəhərində yerləşən tələbə yataqxalarından birində yanğın baş verib.

Trend-in verdiyi məlumata görə, yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.

"Baş verən yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində araşdırma aparılır. ", - şəhərin qubernatoru Mahmut Dəmirtaş deyib.

Yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Sizin Reklam Yeriniz