news Image
2016.11.30
14:10
| A A A
Bu uşaq anasının ehtirasına qurban getdi - FOTOLAR

"Onillərdir ki, hakim işləyirəm, lakin belə cinayət faktı ilə ilk dəfədir qarşılaşıram. Axı bir qadın, bir ana necə belə amansız, qəddar ola bilər?"

İngiltərənin Şeffild şəhərindəki Kral Məhkəməsində çıxış edən dövlət ittihamçısı, prokuror Devid Qordon emosiyalarını gizlədə bilməyib.

Müttəhimlər kürsüsündə 40 yaşlı Con Rayttinq və onun məşuqəsi, 37 yaşlı Mikala Payk oturmuşdular.

Mikalanın qızı, 4 yaşlı Poppi Uidison 2013-cü ilin mayında divanda yatdığı yerdə keçinmişdi.

Cəsədin müayinəsi zamanı bəlli olmuşdu ki, qıza 6 ay sərasər "Smarties" adlandırılan narkotik preparat verilibmiş.

Qızın anası polisdə dindiriləndə hər şey bəlli olub.

Sən demə, Mikala narkotacir olan məşuqu Con Rayttinqlə evdə "rahat sevişmək" üçün qızına narkotik maddə verib yatırdırmış.

Balaca Poppiyə "smarties"lə bahəm, diazepam da verilirdi ki, yatsın, anasına və onun məşuquna "mane" olmasın.

Mikalanın məşuquna yazdığı SMS-lərdən biri də bunu sübut edir: "Ona "smarties" verdim, yatır. Gəl, gecə rahat sevişə bilərik!"

Rayttinq cavabında yazıb: "Şərab alıb gəlirəm, sevişərik! Qıza yenə həb ver ki, yatsın, bizə mane olmasın!"

Polis Mikalanın evində, Qrimsbidə yerləşən ikiotaqlı mənzildə axtarış aparanda orada 12000 həb narkotik preparat aşkarlayıb.

Məhkəmə prosesi davam edir./big.az/

Bu uşaq anasının ehtirasına qurban getdi - FOTOLAR
Bu uşaq anasının ehtirasına qurban getdi - FOTOLAR
Bu uşaq anasının ehtirasına qurban getdi - FOTOLAR
Bu uşaq anasının ehtirasına qurban getdi - FOTOLAR

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs