Əlaqə Arxiv
news Image
2016.12.01
11:10
| A A A
Bakı sakini yanaraq öldü

Bakıda yaşayış evi yanıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində iki otaqlı ev 40 kv/m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1973-cü il təvəllüdlü Tofiq Rəfibəy oğlu Səfibəyovun tüstüdən boğulmuş meyiti aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz