news Image
2016.12.01
14:48
| A A A
Astarada 15 yaşlı qız özünü güllələyib - İstədiyi oğlana...

Astara rayonunda 15 yaşlı qız özünü güllələyib. Movqe.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Şümrüd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.

Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq cərrahi əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub.

Həkimlər yaralının vəziyyətini hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır stabil qiymətləndirirlər. Onun həyatı üçün hər an təhlükə yarana bilər.

İntiharın səbəblərinə gəlincə isə, kənd sakinlərinin dediyinə görə Qızılgül Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs