Əlaqə Arxiv
news Image
2016.12.01
17:19
| A A A
17 yaşlı oğlan bacısını qətlə yetirdi - Salyanda

Salyan rayonunda qətl hadisəsi baş verib. Movqe.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb. 

Belə ki, ailə-məişət münaqişəsi zəminində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsu vuraraq onu qətlə yetirib. 

Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz