Əlaqə Arxiv
news Image
2016.12.08
14:23
| A A A
Qanunsuz ov edən 3 nəfər tutuldu

Cəlilabadda qanunsuz ov edən şəxslər tutulub. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 7-də Cəlilabad rayon sakinləri İnşallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıb. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri, habelə ümumilikdə 23 ədəd patron və 33 ədəd ovlanmış quş götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib. 

 

Sizin Reklam Yeriniz