news Image
2017.01.11
17:55
| A A A
Ucarda 83 yaşlı baxıcı itkin düşüb

Ucar rayon sakini itkin düşüb.
 
Movqe.az xəbər verir ki, Rayon polis şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, ötən il dekabrın 29-dan 30-na keçən gecə rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyev yaşadığı evdən çıxıb və qayıtmayıb.
 
X. Əliyevin oğlu Qalib Əliyev hadisənin ertəsi gün Ucar Rayon Polis Şöbəsinə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. X. Əliyevin tapılması istiqamətində tədbirlər görülür.
 
Məlumata görə, itkin düşən X. Əliyev əvvəllər bərbər işləyib, son illərdə baxıcılıq edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs