Əlaqə Arxiv
news Image
2017.01.12
23:00
| A A A
Şabranda gənc oğlan oğurladığı maaş kartından pul çıxararkən tutulub
Faktla bağllı araşdırmalara başlanılıb

Şabran rayonunda evlərdən və ərzaq mağazasından oğurluq edən şəxs tutulub.  "Report"un Şimal bürosunun məlumatına görə, şabran şəhəri ərazisində yerləşən Teymur Hikmət oğlu Salmanova və Müxlisə Ağamirzə qızı Əzimovaya məxsus evdən, həmçinin ərzaq mağazasından oğurluq olub. Zərərçəkən şəxslər Şabran Rayon Polis Şöbəsinə (RPŞ) müraciət ediblər. Şabran RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1999-cu il təvəllüdlü Zamin Nəzərli oğlu Məlikov saxlanılıb. Z.Məlikov evdən oğurladığı maaş kartından pul çıxarmaq istəyərkən polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. O, törətdiyi cinayət əməlini etiraf edib.  Faktla bağllı Şabran RPŞ-də araşdırmalara başlanılıb.

Sizin Reklam Yeriniz