Əlaqə Arxiv
news Image
2017.01.13
12:57
| A A A
Sabiq məhkumdan 25 kiloqram narkotik aşkarlandı

Sabiq məhkumdan 25 kiloqramdan artıq narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb.

Aparılmış əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron rayon sakini Sadiq Novruzov müəyyən edilərək tutulub. Ondan 654 qram tiryək götürülüb.

Sizin Reklam Yeriniz