Əlaqə Arxiv
news Image
2017.01.19
17:18
| A A A
Külli miqdarda rublun ölkədən çıxarılmasının qarşısı alındı

Külli miqdarda Rusiya rublunun ölkədən çıxarılmasına cəhdin qarşısı alınıb.

Bu barədə Movqe.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində onların hər birinin üzərindəki gödəkcənin cibindən və hər ikisinin ayaqqabılarının içərisindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz