Əlaqə Arxiv
news Image
2017.01.19
19:10
| A A A
Köhnə məhkum narkotiklə tutuldu - “Tapıb evə gətirmişəm, özüm də çəkəniyəm” + Foto

Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 5,532 qram marixuana götürülüb.

ARB TV xəbər verir ki, Əliyevin evinə baxış zamanı isə oradan 8 kiloqram marixuana aşkarlanıb.

Xaləddin Əliyev - Saxlanılan şəxs: "Paketi tapıb evə gətirdim. Özüm də istifadə edənəm. Sonra polis əməkdaşları gəlib, yoxlayanda həyətdən bunu tapdılar".

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Sizin Reklam Yeriniz