Əlaqə Arxiv
news Image
2017.01.20
16:23
| A A A
Paytaxtda 6 otaqlı evdə yanğın olub

Xəzər rayonunda 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 m² olan ikimərtəbəli, 6 otaqlı evin 1-ci mərtəbəsində sahəsi 12 m² olan mətbəxinin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10.54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz