Əlaqə Arxiv
news Image
2017.01.24
15:35
| A A A
Rusiyadan gələn şəxsin yükündə fişənglər aşkar edilib (FOTO)

Rusiyadan gələn Azərbaycan vətəndaşının əl yükündə fişənglər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  Movqe.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz