Əlaqə Arxiv
news Image
2017.02.03
13:36
| A A A
DİN və DTX Qəbələdə əməliyyat keçirdi - qanunsuz dini vəsaitlər götürülüb

Daxili İşlər Nazirliyi (DİN) Qəbələdə qanunsuz dini ədəbiyyatlarla bağlı əməliyyat keçirilməsi barədə məlumat yayıb.

Nazirlikdən Movqe.az-a  verilən məlumata görə, DİN-in Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz