Əlaqə Arxiv
news Image
2017.02.06
12:37
| A A A
İki uşaq atası özünü asdı

Şəkidə iki uşaq atası intihar edib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu gün saat 13:30 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsi, bina 12, ev 27 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Faiq Səlim oğlu Səfərovun meyiti yaşadığı evin vanna otağından asılmış vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib.

İki uşaq atası olan 59 yaşlı F. Səfərovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz