Əlaqə Arxiv
news Image
2017.02.06
13:29
| A A A
64 yaşlı kişini başına vurub öldürdülər - BAKIDA

Bakıda qətl törədilib. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Ağa Nemətulla küçəsində yaşayan 1953-cü il təvəllüdlü Firudin Hüseynovun meyiti yaşadığı evdə tapılıb. O, başından küt alətlə vurularaq öldürülüb. Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Sizin Reklam Yeriniz