Əlaqə Arxiv
news Image
2017.02.16
13:19
| A A A
Bakıda şadlıq evindən çıxan şəxsi maşın vurdu

Paytaxtda şadlıq evindən çıxan şəxsi avtomobil vurub. Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Qaraçuxur qəsəbəsində, "Aura" şadlıq evinin qarşısında 53 yaşlı Şərifov Nazir Yəhya oğlunu "Mercedes" markalı avtomobil vurub. N.Şərifov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.

"Mercedes"in sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Şərifov "Aura" şadlıq evindən çıxıb yolu keçmək istəyirmiş.

Sizin Reklam Yeriniz