Əlaqə Arxiv
news Image
2017.02.17
11:19
| A A A
Bakıda anasının ölümünü qəbul edə bilməyən 30 yaşlı qadın intihar edib

Ötən axşam Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsində intihar hadisəsi qeydə alınıb.

Movqe.az  xəbər verir ki, 1987-ci il təvəllüdlü Kərimova Nigar İldırım qızı yaşadığı həyət evinin hamam otağında iplə özünü asıb. Hadisənin baş verməsinə ilkin səbəb kimi onun 3 il bundan öncə dünyasını dəyişmiş anasının ölümünü qəbul edə bilməməsi olub. Bundan öncə də 30 yaşlı qadın müxtəlif dərmanları dozadan artıq qəbul edərək intihara cəhd edib. Nigar Kərimovanın intihar etməsi barədə ilk xəbər tutan onunla birgə yaşayan xalası olub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb. Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz