Əlaqə Arxiv
news Image
2017.02.17
18:39
| A A A
kafedə narkotik aşkarlandı – ƏMƏLİYYAT

İsmayıllı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. 
 
Teleqraf.com  xəbər verir ki, rayon polis şöbəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas Vahabovun Qalınçaq kəndində işlətdiyi kafeyə baxış zamanı 43,26 qram marixuana aşkar edilərək götürülüb. 

Davam etdirilən əməliyyat tədbirləri ilə həmin narkotik vasitəni ona satan Topçu kənd sakini Ədalət Babayev müəyyən edilib. 

Onun evinə baxış zamanı 657,69 qram marixuana aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz