Əlaqə Arxiv
news Image
2017.02.21
19:59
| A A A
Bakıda evdən 3 min manat pul, 4 min manatlıq qızıl oğurlandı

Bakının Yasamal rayonunda oğurluq olub.  Movqe.az xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 3.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

Ev sahibi bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu  bölməsinə müraciət edib. Cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Əzimov tutulub.

Onun ötən il sentyabrın 2-dən cari il fevralın 13-dək olan müddətdə 1 yardımçı təsərrüfatdan və 1 mağazadan geyim əşyaları, ərzaq məhsulları, danışıq kartları oğurladığı, habelə daha 1 mağazadan oğurluğa cəhd göstərdiyi də müəyyən edilib.

Ramil Əzizov əvvəllər məhkumluq həyatı yaşayıb. 

Sizin Reklam Yeriniz