Əlaqə Arxiv
news Image
2017.02.22
12:50
| A A A
Quantanamoda “Taliban”ı satıb azadlığa çıxdı, İŞİD-ə qoşuldu və hərbi bazanı partlatdı...

Özünü “İslam Dövləti” (İD) adlandıran terror qruplaşmanın Böyük Britaniyadan olan döyüşçüsü Mosuldakı partlayış zamanı həlak olub. Döyüşçünün Amerikanın Guantanamo həbsxanasının keçmiş məhbuslarından olduğu bildirilir.

“İslam dövləti” terror qruplaşması iki gün əvvəl Əbu-Zəkəriyə əl-Britaninin Mosulun cənub-qərbində yerləşən İraqın Tal Qaysum hərbi bazasında avtomobilə qoyulan bombanı partlatdığını bəyan edib. Döyüşçünün Böyük Britaniya vətəndaşı Ronald Fiddler olduğu məlum olub. 50 yaşlı Ronald Manchester doğumludur.

“İslam dövləti” həmçinin Camul Uddin əl-Harit kimi məhşur olan Fiddlerin şəklini də dərc edib.2001-ci ildə Pakistanda amerikalı hərbçilər tərəfindən həbs olunan Fiddler 2002-ci ildə Guantanamo həbsxanasına göndərilib. Bu həbsxanada əsasən ABŞ hökumətinin terrorla əlaqəli cinayətlərdə ittiham etdiyi məhkumlar saxlanılır. Fiddleri sorğu-sual edən Amerika müstəntiqləri sonda onun "Taliban" hərəkatıyla bağlı vacib informasiya verdiyini bəyan ediblər. İki ildən sonra Fiddler azadlığa buraxılıb.

Böyük Britaniya KİV-lərinin yazdığına görə Fiddler Guantanamo həbsxanasında onunla pis davrandıqlarına görə Böyük Britaniya hökumətindən təzminat olaraq 1 milyon funt (1,2 milyon dollar) alıb. BBC Fiddlerin 2014-cü ildə Suriya-Türkiyə sərhədini keçərkən İŞİD-ə qoşulması barədə imzaladığı sənədi görüb. İŞİD-ə konüllü qoşulduğunu bildirən Fiddler İslam haqqında az məlumatı olduğunu deyib.

Fiddlerin həyat yoldaşı britaniyalı jurnalistlərlə söhbətində onu geri dönməyə inandırmaq üçün 5 uşağı ilə bərabər Suriyaya getdiyini söyləyib. Lakin Fiddler onlara qulaq asmayıb. Ailəsi isə xilas olmaq üçün İD-in nəzarətində olan ərazilərdən qaçıblar.

Sizin Reklam Yeriniz