Əlaqə Arxiv
news Image
2017.02.22
13:50
| A A A
Astara sakini 1 kq-dan çox narkotik vasitəni satarkən tutulub
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir

Astara rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirmək istəyən şəxs saxlanılıb. Rayonun Ərçivan qəsəbə sakini 26 yaşlı Mirzəyev Qismət Babulla oğlu Şiyəkəran kəndi ərazisində həyata keçirilən əməliyyat zamanı şərti alıcı qismində olan şəxsə 500 qram tiryəki və 505 qram həşiş qətranını 2000 manata satarkən tutulub.

İstintaq tədbirləri zamanı saxlanılan şəxsin ifadəsinə əsasən o, narkotik vasitələri istintaqa məlum olmayan Əfşin adlı İran İslam Respublikası vətəndaşından alaraq gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  

Sizin Reklam Yeriniz