Əlaqə Arxiv
news Image
2017.02.23
09:45
| A A A
60 yaşlı kişi özünü asdı

Masallı rayonunda intihar hadisəsi baş verib. Masallı rayon Prokurorluğundan Movqe.az-a verilən məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Vəliyev Şəmsəddin Abbas oğlu özünü yaşadığı evin həyətində ağacdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz