SOCAR-da daha bir faciə
Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestində ağır faciə baş verib. Movqe.az xəbər verir ki, qurumun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov fevralın 22-də dünyasını dəyişib.
Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Miravi Qəhrəmanlının sözlərinə görə? Ramil Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb:
“O, aldığı xəsarətdən keçinib.”