Əlaqə Arxiv
news Image
2017.02.23
12:48
| A A A
Bakıda zavoddan oğurluq edən şəxs iş başında tutuldu

Bakıda zavoddan oğurluq edən şəxs tutulub. Movqe.az xəbər verir ki, bu gecə Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin əməkdaşları, Xətai rayonu, Nobel prospekti-72 ünvanda yerləşən neft kəmərlərinin yaxınlığında “VAZ 2103” markalı Az 33 BA 893 dövlət qeydiyyat nömrəli avtomaşınla elektrik naqillərini sökərək qaçırmaq istəyərkən İmişli rayon sakini, 1979-cu il təvəllüdlü Bayramov Siyavuş Bəylər oğlunu yaxalayıblar. O, 37-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz