Əlaqə Arxiv
news Image
2017.02.23
14:59
| A A A
Gömrükdən gizlədilən 50 əşya sərhəddə müsadirə olundu

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında yüklə daxil olan yük avtomobili "HCVG viZual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a  verilən məlumata görə, Türkiyə vətəndaşının idarə etdiyi həmin avtomobil yoxlama-baxış sistemindən keçərkən qurğunun monitorunda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvir görünüb.

Avtomobilə təkrar baxış zamanı, yük yerində "invoys"da göstərilməyən və gömrük orqanına bəyan olunmayan 50 ədəd "Silver" markalı toster, 3 ədəd "PO602" markalı pizza bişirən elektrik sobası, 15 ədəd "PİMAK" markalı 4 seksiyalı və 2 ədəd "PİMAK" markalı 3 seksiyalı dönər bişirən avadanlıqlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz