Əlaqə Arxiv
news Image
2017.02.23
15:58
| A A A
Silsilə oğurluqlar edən mütəşəkkil dəstə üzvləri saxlanılıb

Azərbaycan Türkiyə şirkətlərini müxtəlif sahələrdə birgə müəssisələrin yaradılmasına dəvət edir.

Movqe.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumu zamanı Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində münasibətləri idxal-ixrac seqmentindən birgə məhsul istehsalı seqmentinə keçirmək lazımdır.

Nazir deyib:

“Ötən il Türkiyə Azərbaycandan 100 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac edib. Bu iki ölkə arasında yaxşı göstəricidir, amma artıq münasibətlərin yeni səviyyəsinə keçmək lazımdır. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün birgə müəssisələrin yaradılması hər iki ölkə üçün faydalı olardı”.

Onun sözlərinə görə, Azərbaycan türkiyəli biznesmenlər üçün bütün zəruri şərtləri yaratmağa hazırdır: “Bizdə artıq lazımi hüquqi baza yaradılıb, aparılan islahatlar isə ölkədə biznes-mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırıb”.

H.Əsədov qeyd edib ki, Azərbaycan hazırda əczaçılıq sahəsini aktiv şəkildə inkişaf etdirir və bu sahədə də birgə müəssisələrin yaradılmasında maraqlıdır.

Sizin Reklam Yeriniz