Əlaqə Arxiv
news Image
2017.02.23
21:00
| A A A
PKK-ya üzv olan ABŞ səfirliyinin əməkdaşı tutuldu

Türkiyədə Amerika səfirliyinin əməkdaşı saxlanılıb.Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Adana Konsulluğunda ştatlı tərcüməçi işləyən Həmzə Uluçay PKK terror təşkilatına üzv olmaqda təqsirli bilinərək saxlanılıb.

Məlumata görə, H.Uluçay əməliyyat zamanı yaşadığı evdə tapılmayıb. Bundan sonra ABŞ konsulluğu ilə aparılan danışıqlardan sonra amerikalılar onu diplomatik missiyanın binası qarşısında polislərə təslim edib.

Hazırda faktla bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz