Əlaqə Arxiv
news Image
2013.02.02
09:45
| A A A
Zaqatalada avtobus Jiquli ilə toqquşdu

Zaqatalada sərnişin avtobusu qəza törədib. APA-nın verdiyi məlumata görə, hadisə saat 00.00 radələrində Xaldan-Balakən avtomagistralının Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakıdan Zaqatalaya gedən, içərisi sərnişinlə dolu "Mercedes" markalı avtobus rayonun girəcəyində "Jiqulu" markalı minik maşını ilə toqquşub. Nəticədə minik maşınında olan 6 nəfər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslər aşağıdakılardır:

1. Şamil Xəlilov (1975-ci il, Bəhmədli kəndi)
2. Cavid Xəlilov (2006-cı il, Bəhmədli kəndi)
3. İlhamə Xəlilova (1975-ci il, Bəhmədli kəndi)
4. Xəlil Xəlilov (1995-ci il təvəllüdlü, Bəhmədli kəndi)
5. Kamil Xəlilov (1972-ci il təvəllüdlü, Bəhmədli kəndi)
6. Günül Xəlilova (2003-cü il təvəllüdlü, Bəhmədli kəndi)
Qəza nəticəsində xəsarət alanların hamısı bir ailənin üzvləridir.

Sizin Reklam Yeriniz