Əlaqə Arxiv
news Image
2017.03.01
10:55
| A A A
Yevlaxda keçmiş məhkum özünü hamamda asdı

Yevlax rayonunda intihar hadisəsi baş verib.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Xanabad kəndində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Məmmədov Ümid Nizami oğlu özünü yaşadığı evin hamamında asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Trend

Sizin Reklam Yeriniz