news Image
2017.03.01
12:58
| A A A
Bakıda 17 gün əvvəl döyülən ahıl kişi xəstəxanada öldü

Bakıda 17 gün əvvəl döyülən ahıl kişi ölüb.

Movqe.az  report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində Şabanov küçəsi ev 32-də yaşayan 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Həkimlər onun daxili qanaxmadan öldüyünü bildirib.

Y.Əliyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Xatırladaq ki, Y.Əliyevin evinə quldur basqını olub. 3 naməlum şəxs onu döyərək pul və qızıl-zinət əşyalarını tələb edib. Hazırda cinayət əməlini törədən şəxslərin axtarışı davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs