Əlaqə Arxiv
news Image
2017.03.01
13:38
| A A A
Aldığı benzinin pulunu vermədi, bıçaq çəkdi, qarət etdi

Tovuz rayonunda sürücü yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, fevralın 28-də Tovuz rayonunun Qovlar şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinə gələn şəhər sakini Elşad Hüseynov "Mercedes" markalı avtomobilinə aldığı yanacağın pulunun bir hissəsini ödəmədən getmək istəyib.

Bu zaman orada operator işləyən Ədalət Qədirov pulun qalan hissəsini tələb etdikdə E.Hüseynov onu döyüb və arxasınca bıçaq atıb, oradan gedərkən isə məntəqədən pul aparıb.

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz