Əlaqə Arxiv
news Image
2017.03.02
13:47
| A A A
Qonşusunu daşla vurdu, hirsi soyumadı, baltaladı - AĞIR CƏZA

Qonşusunu söyüş üstündə öldürməyə cəhddə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Movqe.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə P.Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Pənah Əliyevin qonşusu Xalid Lətifzadə ilə mübahisəsi düşüb. Xalid Lətifzadə ona söyüş söyüb. Pənah Əliyev  əvvəlcə onun başına daşla vurub, lakin hirsi soyumadığından daha sonra balta ilə vurub.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Sizin Reklam Yeriniz