Əlaqə Arxiv
news Image
2017.03.06
10:45
| A A A
Bakıda 31 yaşlı oğlan nişanlısını öldürüb

Bakıda daha bir qətl törədilib.
 
Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəcəf Ramiz oğlu Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü İlahə Dəyanət qızı Ağayevanı və onu bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Dəyanət qızı Ağayevanı bıçaqlayıb.
 
Nəticədə İ. Ağayeva aldığı xəsarətdən dünyasını dəyişib. R. Ağayeva isə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən N. Məcidov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

APA

Sizin Reklam Yeriniz