Əlaqə Arxiv
news Image
2017.03.06
18:15
| A A A
Türkiyədə müxalif millət vəkili saxlanılıb

Türkiyənin Tunceli vilayətində müxalif Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili Əlican Önlü saxlanılıb.

Movqe.az-ın məlumatına görə, deputatın saxlanmasında səbəb onun icazə verilməmiş aksiyada iştirak etməsi olub.

Ə.Önlü ötən ilin dekabrında da polis tərəfindən saxlanılmışdı.

Qeyd edək ki, terror təşkilatı yaratmaq ittihamı ilə bağlı HDP-nin 10 millət vəkili, o cümlədən həmsədrlər – Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunub.

trend

Sizin Reklam Yeriniz