Əlaqə Arxiv
news Image
2017.03.09
09:30
| A A A
Rusiyada iki azərbaycanlı qətlə yetirilib
Öldürülənlər ticarətçilər olub və Rusiyada iş dalınca gəliblər

Rusiyada yaşayış binalarından birinin liftində qətlə yetirilmiş iki nəfərin cəsədi tapılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə prokurorluqdan bildirilib.
Məlumata görə, Kubanda, Krasnodar şəhərinin mərkəzindəki yaşayış binasının liftində aşkarlanmış cəsədlər Azərbaycan vətəndaşlarına məxsusdur. Onların bədənlərində çoxsaylı güllə yaraları aşkarlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və təhqiqat başlanılıb. Xəbərdə qeyd olunur ki, öldürülənlər ticarətçilər olub və Rusiyada iş dalınca gəliblər. 
Hələlik öldürülmüş şəxslərin kimliyi açıqlanmır və qətlin təfərrüatları ilə bağlı geniş məlumat verilmir.

Sizin Reklam Yeriniz