Əlaqə Arxiv
news Image
2017.03.09
16:34
| A A A
Dəhşətli qəzaya səbəb olan "Ford" qanunsuz fəaliyyət göstərirmiş

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda insan tələfatı ilə nəticələnən qəzaya səbəb olan "Ford" markalı mikroavtobus qanunsuz fəaliyyət göstərib. Bu barədə Movqe.az.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. O, hazırda araşdırma aparıldığını qeyd edib: “Avtobus “20 Yanvar”-Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Ona görə də, proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.  

Ş.Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı verilmədiyini bildirib. Onun sözlərinə görə, “Ford” Tranzit markalı mikroavotbus qeyri-qanuni fəaliyyət göstərib. 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz