news Image
2017.03.09
17:30
| A A A
Hadisə yerindən qaçan sürücü həbs edilib
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Şirvanda ölümlə nəticələnən yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

“Report”a daxil olan birgə məlumatda bildirilib ki, martın 6-da saat 01 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada Abışov Rüstəm Qardaş oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Opel Astra” markalı, 99-DB-469 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Əliyev Cahid Rizvan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
C.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs