news Image
2012.04.24
17:39
| A A A
Onu ikinci dəfə öldürdülər
Qarasu anbarındakı qəzanı təmir edərkən həyatını itirən TEDAŞ işçisi Ferudan Öztürkün evinə gedən elektrik enerjisi kəsilib. Rəsmilər bunu borcu üzündən olduğunu deyirlər.

Movqe.Az xəbər verir ki, Ərzurum Qarasu anbarında bir enerji qəzasını aradan qaldırarkən mindiyi gəminin elektrik keçirməsi nəticəsi həyatını itirən Ferudan Öztürkün evinə gedən elektrik enerjisi 34 lirə dəyərində olan (17 AZN) borca görə kəsilib.

Həyat yoldaşının ölümündən sonra üç uşağına həm də atalıq etməyə başlayan Perihan Öztürk, elektriklərinin kəsilməsinə sərt reaksiya verib.


"MƏNİ İKİNCİ DƏFƏ ÖLDÜRDÜLƏR"

Öztürk, "TEDAŞ, həyatımızı qəraltdı. Həyat yoldaşımın ölümünə səbəb olduqları azmış kimi bir də bizi qaranlıqda buraxdılar. Məni ikinci dəfə öldürdülər" deyib.

Aşkale mahalında enerji nəql xəttindəki qəzanı təmir etməyə gedən 5 TEDAŞ işçisinin mindiyi gəmi Qarasu anbarına məxsus kiçik göldə onların ölümünə səbəb olub. Qəzada 5 işçidən heç biri xilas edilə bilməyib.


Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs