Əlaqə Arxiv
news Image
2017.03.19
17:30
| A A A
Qazaxda heroin alverçiləri saxlanılıb

Qazaxda heroin alverçiləri saxlanılıb. Əməliyyat haqqında məlumat Movqe.az-a Daxili İşlər Nazirliyindən verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləsuvar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Fəyaz Məmmədov və Rövşən Vəliyev Qazax rayonu ərazisində 210,392 qram heroini 10.000 manata satarkən tutulublar.

Sizin Reklam Yeriniz