Əlaqə Arxiv
news Image
2017.03.21
14:53
| A A A
Bakıda evdən 30 minlik qızıl aparıldı

Bakı şəhərində evdən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Movqe.az-ın Report-a istinadın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1986-ci il təvvəllüdlü Rəmail İsmayılovun Süleyman Sani Axundov küçəsi, 1V ünvanında yerləşən evindən naməlum şəxs və ya şəxslər qeyri-müəyyən şəraitdə 30 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz