Əlaqə Arxiv
news Image
2017.03.21
22:23
| A A A
Mikroavtobus piyadanı vurdu - AZƏRBAYCANDA

Goranboyda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Məmmədova Aynurə Camal qızı yolu keçən zaman sərnişin daşıyan “Mercedes” markalı mikroavtobus tərəfindən vurulub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
 Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz