Əlaqə Arxiv
news Image
2017.03.23
11:30
| A A A
Bərdədə ağır yol qəzası zamanı ölən və yaralananların adları məlum olub
Hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb

Bərdədə baş verən yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza nəticəsində Bərdə sakinləri – 20 yaşlı Kərimov Təbriz Nadir oğlu, 18 yaşlı Abdullayev Rahib Knyaz oğlu və 19 yaşlı Yəhyayev Orxan Rəhbər oğlu ölüb. Onların hamısı "VAZ-2106" markalı minik avtomobilində olublar.
Qəza zamanı "Mercedes ML"də olan Ağdam sakinləri - 1973-cü il təvəllüdlü sürücü Behbud Rəhimov, onun 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Rəhimov və onların 2004-cü il təvəllüdlü övladı Fərid Rəhimov yaralanıb.
***20:59
Bərdədə 3 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.
Qəza "VAZ-2106" markalı avtomobillə "Mercedes"in toqquşması nəticəsində baş verib. Hadisə zamanı "Jiquli" bir neçə dəfə fırlanaraq aşıb. Bu səbəbdən ölənlərin məhz "06"dakı sürücü və sərnişinlərdən olduğu ehtimal edilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sizin Reklam Yeriniz